Avropa Birliyinin polis təşkilatı “Europol” həyəcan təbili çalıb

5 min IŞİD terrorçu Avropada

Avropa Birliyinin polis təşkilatı “Europol” həyəcan təbili çalıb.
 
Maide.az xarici mətbuata istinadən məlumat verir ki, “Europol”un direktoru Rob Veynrayt bildirib ki, Avropada hazırda  İŞİD terror qruplaşmasının 5 min təlim görmüş üzvi var. 
 
Terrorçuların Yaxın Şərq ölkələrində döyüşdüyünə və döyüş təlimi almasına diqqət çəkən “Europol”un direktorunun sözlərinə görə, Aropanın son on ilin ən böyük təhdidi ilə qarşı-qarşıyadır. 
 
 “Beş mindən çox avropalı gənc Yaxın Şərqdəki terror düşərgələrində təlim alıb və bunların böyük hissəsi Avropaya qayıdıb. Terrorçular terror aktlarını həm qrup şəklində, həm də fərdi olaraq həyata keçirə bilərlər”, - Rob Veynrayt narahatlığını dilə gətirib./
 

Google+ WhatsApp ok.ru