Avropada 356 məscid hücuma məruz qalıb 01 Aprel 2017 01:00 Dünya Avropada 2015-2016-cı illərdə 356 məscid hücuma məruz qalıb. Bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz bildirib. “Son zamanlar Avropada, eləcə də Almaniyada baş verənlər narahatlıq yaradır, qayğılarımız artır. Almaniyada 3 milyon ortaq vətəndaşımız var. 4-5 milyona yaxın müsəlman yaşayır. Onların haqq və hüquqları, dini azadlıqlarının yox sayılaraq bu istiqamətdə fəaliyyət göstəriləcəyini ehtimal etmirəm. Ancaq xüsusilə Almaniyada, bütövlükdə Avropada son zamanlar baş verənlər narahatlıq yaradır, qayğılarımız artır. 2015-2016-cı ildə Avropada 356 məscidə hücum olub. Bir çox məscid yandırılıb, bəzilərinin qapılarına donuz başı qoyulub, bəzilərinin divarına xaç şəkli çəkilib. Bütün bunların islamofob nifrət kimi deyil, sadəcə vandalizm olaraq təqdim edilməsi də bizi narahat edir. Avropadakı sağlam düşüncənin məsələyə müdaxilə edəcəyinə, yanlışlıqların aradan qaldırılması üçün fəaliyyət göstərəcəklərini səbirsizliklə gözləyirəm”, - deyə o vurğulayıb. (report) / Teqlər : #Avropada 356 məscid hücuma məruz qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paraqvayda etirazçılar Konqresin binasını yandırıblar, xəsarət alanlar var Türkiyədə sellofan paketlərin istifadəsi qadağan edilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO