Avropada islamafobiya əməlləri artmaqdadır

Avropada islamafobiya əməlləri artmaqdadır

-- Belçikada müsəlman qadının bədəninə xaç çəkdilər - İtaliyada qadını döydülər

Avropada islamafobiya əməlləri artmaqdadır.
 
Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Belçikanın Anderlues qəsəbəsində 2 nəfər 19 yaşındakı müsəlman qıza hücum edərək onun qarnına, ayaqlarına və bədəninin müxtəlif yerlərinə xaç işarəsi çəkiblər.
 
Həmçinin, onu yerdə sürüyüblər, hicabını və paltarını cırıblar.
 
Qıza hücum edənlərin axtarışı aparılır.
 
İtaliyanın Sassari şəhərində isə bankomat qarşısında sıraya girmədiyi üçün nigeriyalı qadını bir nəfər hamının gözü qarşısında yerə yıxaraq döyüb.
 
Daha sonra qadının telefonun alıb və yerə ataraq qırıb.
 
Hadisə zamanı orada olan digər insanlar isə baş verənləri sadəcə izləməklə kifayətləniblər.

Google+ WhatsApp ok.ru