Avropadakı müsəlman əhalinin sayı 75 milyona çatacaq

Avropadakı müsəlman əhalinin sayı 75 milyona çatacaq

Dünya miqyasında 1.8 milyard müsəlman yaşayır. Xristianlıqdan sonra ikinci böyük din olan İslam, eyni zamanda dünyanın ən sürətli yayılan dinidir.
 
Maide.Az  İQNA-ya istinadən xəbər verir ki, ABŞ-ın PEW araşdırma mərkəzinin proqnozlarına görə, 2050-ci ildə bəzi Avropa ölkələrində müsəlman əhali üç dəfə artacaq.
 
PEW qeyd edir ki, miqrasiyanın səviyyəsi artan xətt üzrə davam edərsə, Almaniyanın 6% olan müsəlman əhalisi 2050-ci ildə 20%-ə çatacaq. Avropada 30 ölkədə təxminən 25.8 milyon müsəlman yaşayır.
 
2016-cı ildən etibarən müsəlmanlar Avropa əhalisinin təxminən 5%-ni təşkil edir. Bu say 2010-cu ildə 19.5 milyon olaraq hesablanmışdı.
 
2014-cü ildə başlayan miqrant dalğası ilə əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan insanlar hər il yarım milyon sayında Avropaya sığınıb.
 
PEW bu məlumatlara əsaslanaraq, 2050-ci il üçün proqnoz verib. Araşdırma mərkəzi üç ssenariyə görə, proqnoz verib. Birincisi sıfır miqrasiya ehtimalına əsaslanır. Növbəti 35 il heç miqrasiya baş verməsə, Avropanın müsəlman əhalisi 4.9%-dən 7.4%-ə qədər artacaq.
 
Kipri kənara qoysaq, 12,7% nisbəti ilə ən böyük müsəlman əhaliyə Fransa ev sahibliyi edəcək.
 
İkinci ssenari qaçqın axınının dayanması, ancaq digər səbəblərdən miqrasiyanın davam etməsinə əsaslanır. Ən mümkün görünən ssenariyə görə, Qərbi Avropa ölkələrində müsəlman əhalisinin sayında böyük artım yaşanması gözlənilir.
 
Üçüncü ssenari geniş miqrasiyanın 2050-ci ilə qədər davam etməsi ehtimalına əsaslanır. Bu ssenariyə görə, 35 ildən sonra müsəlmanların ölkə əhalisinin İsveçdə 30.6%-ni, Finlandiyada 15%-ni, Norveçdə 17%-nə çatacaq. Almaniyada da müsəlmanların nisbəti 20%-ə yüksələcək.
 
Şərqi Avropada isə, Macarıstan və Yunanıstan savayı qeydə alınacaq bir artım müşahidə olunmayacaq.
 
Avropanın müsəlman əhalisi təkcə miqrasiya ilə artmır. Müsəlmanların doğum nisbəti də digər dinlərin davamçıları ilə müqayisədə yüksəkdir. Müsəlmanlar, həmçinin Avropanın gənc əhalisini formalaşdırır.
 
Müsəlmanların Avropada sayının 44 milyonu, ABŞ-da isə 5 milyonu keçdiyinə diqqət çəkən Qlobal Müsəlman Diasporasının hesabatına görə, 2030-cu ildə Avropa əhalisinin 8%-i, Amerika əhalisinin isə 2.1%-i müsəlmanlardan ibarət olacaq.
 
İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) araşdırmaları isə, müsəlman ölkələrindəki müsəlman diasporasının üzləşdiyi ən ciddi problemləri, təcrübələri və hissləri aşağıdakı kimi təhlil edir: irqçilik, islamofobiya, ayrı-seçkilik.
 
Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyi (FRA) tərəfindən nəşr olunan digər bir araşdırma isə, Avropadakı müsəlmanların 76%-nin yaşadıqları ölkələrə güclü bir şəkildə bağlı olduqlarını, ancaq Avropadakı müsəlmanların 31%-lik bir hissəsinin iş müraciətlərində ayrı-seçkiliyə məruz qaldıqlarını ortaya çıxarıb.
 
Eyni araşdırmada Avropadakı müsəlmanların yalnız 12%-nin yaşadıqları ayrı-seçkiliyi əlaqədar qurumlara bildirdikləri müəyyən olunub.
 
Beləliklə, Avropada müsəlmanların qarşılaşdıqları ayrıseçkiliyin miqyası islamofobiya və Avropada müsəlmanlara qarşı törədilən nifrət cinayətlərini araşdıran hər hansı bir hesabatda qeyd olunan rəqəmlərdən həddən artıq çoxdur.
 
Buna görə, artan müsəlman əhali artıq təkcə Yaxın Şərq, Şimali Afrika və Asiya-Sakit okean regionlarına xas deyil. Qlobal Müsəlman Diasporasının hesabatına görə, dünyadakı müsəlman əhalinin beşdə birindən çoxu bu gün Avropa, Şimali Amerika və Avstraliyada yaşayır. Müsəlmanların sayının Avropada 44 milyonu, ABŞ-da isə 5 milyonu keçdiyini göstərən hesabat, müsəlmanların bu gün dünyadakı ən böyük diasporalardan biri olduğunu göstərir.
 
Hesabata görə, 2030-cu ilə qədər 1 milyon müsəlman yaşayan ölkələrin sayı isə 79 olacaq. Belçika, Kanada və Hollandiyanın bu ölkələr arasında ilk sıralarda yer tutması gözlənilir.
 
Hesabatda müsəlmanların ibadət məkanlarının sayı da göstərilib. Belə ki, Kanadada 200-dən artıq məscid olduğu qeyd olunub. Fransada 2012-ci ildə 2449 məscid, İtaliyada isə 2013-cü ildə 749 məscidin olduğu bildirilib. Rusiyada 1991-ci ildə 300 ibadətgahın olması ilə müqayisədə 2013-cü ildə 1382-yə qədər artdığı açıqlanıb. ABŞ-da bu rəqəmin 2100-dən çox olduğu vurğulanıb. Avstraliyada 28, Argentinada isə hamısı Buenos-Ayresdə olan 3 məscidin olduğu bildirilir. Bolqarıstanda 1217 məscid var, Çexiyada təkcə 4 məscid var. 

Google+ WhatsApp ok.ru