Avropadan ABŞ-a uçan təyyarələrdə qadağalar olacaq

Avropadan ABŞ-a uçan təyyarələrdə qadağalar olacaq

ABŞ hökuməti Böyük Britaniya və Avropanın digər şəhərlərindən uçan təyyarələrin salonlarına elektron avadanlıqların keçirilməsini qadağan etmək istəyir.
 
Modern.az xəbər verir ki, bu barədə “Guardian” nəşri yazıb.
 
Nəşrin yazdığına görə, qadağa ABŞ-ın bir müddət əvvəl bir sıra Yaxın Şərq ölkələri ilə bağlı qəbul etdiyi qərara bənzəyir.
 
Avropadan gələn təyyarələrdə planşet, elektron kitablar və noutbukların salona keçirilməsini qadağan etmək səbəbləri məlum deyil. Nəşr hesab edir ki, bu tədbir Amerika aviaşirkətlərinə pis təsir edə bilər.
 
Xatırladaq ki, martın sonunda Amerika hökuməti Misir, İordaniya, Qətər, Küveyt, Mərakeş, Türkiyə, Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ABŞ-a uçan təyyarələrdə salona mobil telefondan böyük elektron avadanlıqların keçirilməsini qadağan etmişdi.

Google+ WhatsApp ok.ru