Avropadan Ukraynaya qaz ixracına başlanıb

Bu gün Slovakiyanın Velke-Kapuşan qəsəbəsindəki kompressor stansiyasından rekonstruksiya edilmiş Ujqorod-Voyanı qaz kəməri ilə geri rejimdə Ukraynaya qaz ixracına başlanıb.
 
APA-nın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın qaz nəqli sisteminin operatoru olan “Eustream” şirkətinin rəsmi təmsilçisi Qabriel Bera açıqlayıb.
 
Test sınağı səhər saat 10:00 radələrində başlayıb.
 
Sınaqlar zamanı qaz kəmərinin buraxılış qabiliyyəti də yoxlanılacaq.
 
Sentyabrın 2-dən Ujqorod-Voyanı qaz kəmərindən kommersiya məqsədləri üçün istifadə başlanacaq.
 
“Eustream” şirkətinin təmsilçisi 2015-ci ilin martında qaz kəməri ilə maksimum qaz ixrac ediləcəyini bildirib. Kəmərin maksimum buraxılış gücü il ərzində 10 milyard kubmetrdir. /

Google+ WhatsApp ok.ru