Avropada qadınlara qarşı zorakılıq hər il artır 24 Yanvar 2020 13:01 Dünya Avropada qadınlara qarşı zorakılıq hər il artır. Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) hazırladığı son hesabata görə, 2017-ci ildən 2019-cu ilə qədər olan dövrdə Fransa qadınların ən çox qətlə yetirildiyi ölkədir. Fransa, Almaniya və İngiltərə qadın ölümlərinin ən çox olduğu AB-nə üzv olan ölkələrdir. Fransada ildə öldürülən qadınların sayı 601-dir. İngiltərədə hər üç qadından biri təcavüzə məruz qalıb. Almaniyada 380, Böyük Britaniyada 227, İspaniyada 113 qadın kişilər tərəfindən öldürülüb. İtaliyada yalnız 2018-ci ildə 142 qadın öldürülüb. Hesabata görə,, AB-nin hər ölkəsində, 15 yaşdan yuxarı hər üç qadından biri kişilər tərəfindən fiziki və ya cinsi təcavüzə məruz qalır. Teqlər : #Avropada,#qadınlara,#qarşı,#zorakılıq,#hər,#artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq xalqı 'ABŞ və Tramp, İraqdan rədd ol' şüarıyla milyonluq mitinq keçirir -VİDEO Muqtəda Əs-Sədr: 'ABŞ əleyhinə yürüş, İraqın müstəqilliyinin göstəricisidir'