Avropada yay-qış vaxtına keçidin ləğvi 2021-ci ildən sonra olacaq

Avropada yay-qış vaxtına keçidin ləğvi 2021-ci ildən sonra olacaq

Avropada yay-qış vaxtına keçidin ləğv edilməsi ən tez 2021-ci ildən sonra mümkün olacaq.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, bu barədə qərar Aİ Şurasına sədrlik edən Avstriyanın Qrats şəhərində Aİ ölkələri nəqliyyat və ekologiya nazirlərinin qeyri-formal toplantısında qəbul olunub.
 
Avropa Komissiyasının təklifi əsasında müzakirəyə çıxarılan məsələdə üzv ölkələrin nazirləri ümum-Avropa qərarına nail ola bilmək üçün koordinator təyin edilməsi qərarına gəliblər. Qarşıda duran əsas hədəf yay-qış vaxtına keçidin ləğvi baş tutarsa, bu qərarın bütün üzv ölkələr tərəfindən icra edilməsinə nail olmaqdır. Əks halda, yaranacaq xaos həm iqtisadi, həm də loqistik problemlərə yol aça bilər.
 
Yay-qış vaxtına keçidin ləğvi ilə bağlı hərəkət planı nazirlərin dekabrda keçiriləcək rəsmi zirvə toplantısında qəbul ediləcək.

Google+ WhatsApp ok.ru