Avropalı diplomatlar blokada altındakı Qəzzaya daxil olublar

Avropalı diplomatlar blokada altındakı Qəzzaya daxil olublar

Bir qrup avropalı diplomat Qəzzadakı humanitar vəziyyətlə tanış olmaq məqsədilə buraya gəlib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, xarici diplomatlar bir qrup yerli və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) nümayəndələrilə birgə Beyt-Hənun (Erez) sərhəd məntəqəsindən keçərək Qəzzaya daxil olublar.
 
Məlumatı Beyt-Hənun sərhəd keçid məntəqəsinin administrasiyası da təsdiqləyib.
 
Nümayəndə heyətinin tərkibində İtaliya konsulu öz müavini ilə, İspaniya konsulunun müavini, Norveç səfirliyinin administrasiya rəhbəri, Belçika səfirliyinin UNRWA üzrə məsləhətçisi, Malta səfirinin müavini, Polşa diplomatik missiyasının rəhbəri, İrlandiya konsulluq administrasiyasının rəhbəri, Kanada səfirinin müavini, İsveç səfiri və digər bir çox avropalı diplomat yer alıb. UNRWA-nı təmsil edən nümayəndə heyəti də Qəzzaya səfər edib.
 
Qeyd edək ki, avropalı diplomatların Qəzzaya səfərləri Misir, Qətər və BMT-nin təşəbbüsü ilə həyata keçirilir. Məqsəd isə 13 ildir blokada altında yaşayan bölgədə humanitar vəziyyəti yaxşılaşdırmaqdır.
 

Google+ WhatsApp ok.ru