Avropa Liqasında püşkatmanın nəticələri bəlli olub

Avropa Liqasında püşkatmanın nəticələri bəlli olub

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu bu mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq.
 
Xatırladaq ki, "Olimpiakos" 1/16 finalda Türkiyənin "Osmanlıspor" klubunu mübarizədən kənarlaşdırmışdı.
 
Püşkatmanın nəticələri:
“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)
APOEL (Kipr) - “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) - “Borussiya” (Mönhenqladbax, Almaniya)
“Lion” (Fransa) - “Roma” (İtaliya)
“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) - “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) - “Ayaks” (Niderland)
 
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-sı, cavab qarşılaşmaları isə 16-da keçiriləcək. /

Google+ WhatsApp ok.ru