Avropa Liqasında yarımfinal həyəcanı

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
 
Çempionlar Liqasından fərqli olaraq bu turnirdə yarımfinalın hər iki oyunu eyni gündə baş tutacaq.
 
Ukraynada "Şaxtyor" "Sevilya"nı sınağa çəkəcək. İspaniyanın digər təmsilçisi "Vilyareal" isə öz meydanında "Liverpul"la münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları bir həftə sonra keçiriləcək.
 
 
 
 
 
28 aprel
 
Avropa Liqası, yarımfinalın ilk oyunları
 
23:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya)
 
23:05. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) (Qol.az)

Google+ WhatsApp ok.ru