Avropa ölkələri viza rüsumunu artırır

Avropa ölkələri viza rüsumunu artırır

Avropa İttifaqı (Aİ) ölkələri vizanın qiymətini 80 avroya qaldırır. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki,  Aİ Şurası üzv ölkələr üçün  viza rejiminin təkmilləşdirilməsi ilə bağlı qaydaları təsdiqlədiyini elan etdilər.
 
Buna görə, Ai-nin 100-dən çox ölkə vətəndaşına tətbiq edəcəyi səyahət viza haqqı dəyişəcək.
 
Bu çərçivədə Aİ ölkələrinə viza müraciətləri üçün 60 avro rüsumu 80 avroya qədər artırılacaq.
 
Yeni bir mexanizm ilə viza rüsumu hər 3 ildən bir yeniləncək.  Viza müraciətləri səyahətdən 6 ay əvvəl edilə bilər.
 
Avropa Parlamenti (EP) bu qaydaları qüvvəyə minməsi üçün tənzimləməni təsdiqləməlidir.
 

Google+ WhatsApp ok.ru