Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi

Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi

-- Vəkil Cavad Cavadov: Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinin pozulması ilə bağlı hökumətə suallar ünvanlanıb

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin  şikayəti üzrə prosesə start verib. 
 
Bu barədə Maide.Az-a Şeyx Sərdarın vəkili Cavad Cavadov məlumat verib.  
 
Onun sözlərinə görə,  məhkəmə kommunikasiyaya  prosesinə başlayıb.  “Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə  Şeyx Sərdar Hacıhəsənlinin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının  pozulmuş maddələri ilə bağlı sualalr ünvanlayıb. 
 
Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrinin pozulmasını əsas gətirərək hökumətdən  bununla bağlı açıqlama tələb edib. 
 
Ümid edirik, Hacı Sərdar tezliklə vaxtından əvvəl azad olunar.”
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin 22 fevral 2017-ci il tarixdə ilkin həbsi, həbslərin uzadılması ilə bağlı şikayətlər də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 
 
Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum edilib.
 
 
linkə burdan baxa bilərsiz. 

Google+ WhatsApp ok.ru