Avropanın ilk sürücüsü taksi xidməti sınaq yürüşlərinə başlayır

Avropanın ilk sürücüsü taksi xidməti sınaq yürüşlərinə başlayır

Rusiyanın “Yandex” şirkətinin həyata keçirdiyi sürücüsüz taksi xidməti layihə çərçivəsində sınaq yürüşlərinə start veriləcək.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, layihə Tatarıstanın azad iqtisad zonası olan İnnopolis şəhərində həyata keçiriləcək.
 
Məlumata görə, ilk mərhələdə iki taksi xidmət göstərəcək. Hər taksi isə maksimum 3 sərnişin götürəcək.
 
Sistemin daha sonra inkişaf etdirilməsi və avtomobil sayının çoxaldılması planlaşdırılır.
 
Xidmətin pulsuz olacağı bildirilir.
 
Qeyd edək ki, ilk dəfə sürücüsüz taksi xidməti 2016-cı ildə “NuTonomy” şirkəti tərəfində Sinqapurda istifadəyə verilib.
 
Tokioda isə bu həftə sınaq yürüşlərinə start verilib. Yaponlar 2020-ci il Yay Olimpiya Oyunlarından öncə bu xidməti istfadəyə verməyi planlaşdırır.

Google+ WhatsApp ok.ru