Avropanın ən böyük məscidi Türkiyədə açılacaq - FOTO

Avropanın ən böyük məscidi Türkiyədə açılacaq - FOTO

-- Məsciddə eyni vaxtda 63 min nəfər ibadət edə biləcək

İstanbulda Avopanın ən böyük məscidi istifadəyə veriləcək.
 
Maide.Az İslam.ru-ya istinadən xəbər verir ki, Çamlıca məscidindəki işlərin 95 faizi yekunlaşıb və artıq son tamamlama işləri həyata keçirilir.
 
Məscidinin Ramazan ayından öncə istifadəyə verilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, məsciddə eyni vaxtda 63 min nəfər ibadət edə biləcək. 6 minarəli məscidin minarəsinin dördü 107,1 metr, ikisi isə 90 metrdir.
 
Kompleksin ərazisində kitabxana, muzey, sərgi salonu, konfrans zlları və emalatxana da fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, məscidin tikintisinə 6 avqust 2013-cü ildə başlanılıb.
 
 

Google+ WhatsApp ok.ru