Avropa Oyunları zamanı internet və mobil rabitə yüksək səviyyədə olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.
 
Maide.az Nazirliyin məlumatına istinadla xəbər verir ki, qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
 
RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar “Qaynar xətt” xidməti fəaliyyət göstərəcək.
 
Qərara əsasən, Bakı şəhərinin zəruri ərazilərində “Wi-Fi” xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək.
 
Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək, I Avropa Oyunlarının “Azerspace-1” peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.

Google+ WhatsApp ok.ru