Avropa parlamenti Myanmadan Rohingya müsəlmanlarına edilən zülmün dayandırılmasını tələb edib

Avropa parlamenti Myanmadan Rohingya müsəlmanlarına edilən zülmün dayandırılmasını tələb edib

Avropa parlamenti Miyanma ölkəsindən müsəlmanlara qarşı etdikləri "amansız repressiyaları" və "sistematik təqiblərini" dayandırmağa çağırıb.

Maide.Az xəbər verir ki, bu barədə nüfuzlu Al Jazeera agentliyi xəbər verir.

Avropa parlamenti Myanma dövlətindən tələb edib ki, paytaxt Rakxaynda olan 120 000 müsəlmana dərhal və heç bir maneə olmadan BMT ilə əlaqə saxlamalarına şərait yaradsınlar.

Qeyd edək ki, Rohingiyanın bir milyon yüz min nəfərlik əhalisinin əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Onların yüz qırx min nəfərindən çoxu 2012-ci ildə "Raxine" buddist etnosu ilə qarşıdurmanın ardınca digər məntəqələrə didərgin düşüb. Ondan sonra çoxlu sayda ruhingiyalı İndoneziya, Malayziya və Tailand kimi qonşu ölkələrə mühacirət etməyə səy göstərib. Heç bir beynəlxalq orqan bu dini azığın qırğını və incidilməsinə önəm vermir və şübhəsiz, yağıntı fəslinin başa çatması ilə minlərlə ruhingiyalı təhlükəli taxta qayıqlarla dənizə üz tutacaq ki, Myanma cəhənnəmindən azad olmuş olsun. /

Google+ WhatsApp ok.ru