Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb etdi

Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb etdi

Avropa Parlamenti Səud rejiminin koalisiyasına silah satışını dayandırmağı tələb edib.
 
Avropa Parlamenti öz bəyanatında Yəməndə müharibənin davam etməsini və dinc insanlarla bağlı qanunların pozulmasını qınayıb.
 
Maide.Az "Deyerler.org"- a istinadən verdiyi xəbərə görə, AP Səudiyyə Ərəbistanına silah-sursatın satışının dayandırılmasını tələb edib. Avropa Parlamentin bəyanatında bildirilir: ”Yəməndə sülhün bərqərar olması, birliyin qorunması, ərazi bütövlüyü və suverenlik siyasi həll yollarından və Yəmənarası danışıqlardan aslıdır”. Avropa Parlamenti dünya və bölgə ölkələrini müharibəni dayandırmaq və danışıqlar yoluyla sülhə nail olmaq üçün, Yəməndə münaqişə tərəfləri ilə əməkdaşlıq etməyə çağırdı.
 
Yekun olaraq, Avropa Parlamenti BMT-nin Yəmən nümayəndəsi ilə münaqişə tərəfləri arasındakı siyasi bir prosesə başlamaq üçün səylərini dəstəkləməyə yönəldiklərini bəyan edib.
 

Google+ WhatsApp ok.ru