Avropa qitəsində müsəlmanların sayı artır

Avropa qitəsində müsəlmanların sayı məsihilərin sayına nisbətən çoxalır.
Maide.az Guardian qəzetinə istinadən məlumat verir ki,  2050-ci ildə Avropa qitəsində müsəlmanların sayı 10 faizdən çox artacaq.  Qəzet yazır ki, belə davam edərsə 2070-ci ildə dünyada müsəlmanların sayı məsihilərin sayından daha çox olacaq.
Qəzetin araşdırmasına görə, Amerikada müsəlmanların artımı 2.1 faiz olacaq.  ABŞ-da əksər dinlərin ardıcıllarının sayı azalsa da, müsəlmanların sayı artmaqdadır.  Hazırda ABŞ-da əhalinin 77 faizini məsihilər təşkil edir, lakin 2050-ci ildə onların sayı 66 faizə qədər azalacaq. 
Qəzetin araşdırmasına görə,  Avropada müsəlmanların sayı hazırda 43 milyon nəfərdir. Proqnozlaşdırılır ki, 2050-ci ildə bu say 71 milyon nəfərə çatacaq və Avropanın cəmiyyətinin 10 faizdən çoxunu müsəlmanlar təşkil edəcək. 
RT-nin məlumatına görə, yaxın 10 il ərzində Britaniya vətəndaşlarının əksəriyyəti müsəlman olacaq. 2011-ci ilin statistikasına görə, Britaniyada məsihilərin sayı azalmaq üzrədir və hər 10 Britaniyalı gəncdən  biri müsəlman olur. /

Google+ WhatsApp ok.ru