Avropa sanksiyalara görə 100 milyard itirdi - Volodin

Avropa sanksiyalara görə 100 milyard itirdi - Volodin

Avropa Birliyi Rusiyaya tətbiq olunan sanksiyalardan sonra təxminən 100 milyard dollar itirib.
 
 
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin danışıb.
 
 
 
Onun sözlərinə görə, Avropa tərəfi sanksiyalarla Rusiya iqtisadiyyatına təsir göstərmək istəsə də nəticə əksinə olub.
 
 
 
“2015-2016-cı illərdə bizim iqtisadiyyatımızın inkişaf templəri azaldı, durğunluq başladı. 2017-ci ildə biz bu vəziyyətdən çıxdıq. Ötən 2 ildə isə iqtisadiyyatımız böyüməyə başladı”, - Volodin bildirib.
 
 

Google+ WhatsApp ok.ru