Avropa İttifaqı: ‘Qəzza blokadası mütləq sona çatmalıdır’

Avropa İttifaqı: ‘Qəzza blokadası mütləq sona çatmalıdır’

Avropa İttifaqı Qəzza zolağına tətbiq edilən blokadanın və Qəzza əhalisinin çəkdiyi sıxıntıların sona çatmalı, bölünmə vəziyyətinin də bitməli olduğunu bildirib.
 
Maide.Az “Felestin.info"-a istinadla xəbər verir ki, Avropa İttifaqının Fələstin torpaqlarındakı heyəti rəhbəri Ralf Tarraf Qəzza zolağının iqtisadi, siyasi və təhlükəsizlik mövzusunda əsaslı dəyişiliklər edilməsinin zamanının gəldiyini deyib.
 
O, bu haqda Xan Yunusda tikilən tullantı toplama mərkəzinin açılışındakı çıxışında danışıb.
 
Ralf Tarraf "Bu gün Fələstin rəhbərliyindəki ortaqlarımızla birlikdə Fələstinin hər yerində və xüsusilə Qəzzada birgə işləməyə sadiqliyimizi bir daha ifadə etmək için buradayıq", - vurğulayıb.
 
Tarraf İsrailin blokadasının davam etməsinin və Fələstin razılaşmasının uğursuz olmasının həyatın hər istiqamətinə mənfi təsir göstərdiyini bildirib.
 
O, bütün çətinliklərə baxmayaraq, Qəzza zolağında qeyri-hökumət təşkilatlarına, iqtisadi dirçəliş, su təmini və Fələstin mübarizəsinə dəstəklərini davam etdirəcəklərini diqqətə çatdırıb.
 

Google+ WhatsApp ok.ru