Avropa İttifaqı: Dağlıq Qarabağ problemi təcili həll olunmalıdır

Avropa İttifaqı: Dağlıq Qarabağ problemi təcili həll olunmalıdır

“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”.
 
Bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında sənəddə qeyd olunur.
 
“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”,-deyə sənəddə əlavə edilib. (apa)
 

Google+ WhatsApp ok.ru