Avropa İttifaqı:'Gürcüstanla münasibətlərimizə kölgə salınıb'

Avropa İttifaqı:'Gürcüstanla münasibətlərimizə kölgə salınıb'

Avropa İttifaqı (Aİ) Gürcüstanda baş vermiş son hadisələrlə bağlı narahatlıq ifadə edib.
 
Maide.Az xəbər verir ki,  “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi və ittifaqa üzv 24 ölkənin səfirliklərinin birgə bəyanatında bildirilib.
 
Sənəddə qeyd olunub ki, baş verənlər Aİ-Gürcüstan münasibətləri və əsas insan haqlarını müdafiə edən bir ölkə kimi Gürcüstanın imicinə kölgə salıb.
 
Bəyanatda iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə keçirdikləri aksiyada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıq və fiziki təzyiqin təəssüf doğurduğu vurğulanıb:
 
“Zorakılıq yolverilməzdir və ona haqq qazandırıla bilməz. Teleoperator Lekso Laşkaravanın faciəvi vəfatından kədər hissi keçiririk və onun ölüm səbəbi ilə bağlı istintaqın nəticələrini gözləyirik”.
 
Sənəddə Gürcüstan parlamentinin binası qarşısında Aİ-nin bayrağının təhqir edilməsi həyəcanla qeyd olunub:
 
“Bu bayraq Aİ və Gürcüstan arasında münasibətlərin qurulduğu fundamental dəyərləri təcəssüm etdirir. Bayrağa edilən iki hücum Gürcüstanın demokratik və Avropayönümlü səylərinə qarşı birbaşa hücumdur”.
 
Bəyanat Gürcüstanın baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Vaxtanq Qomelauri və ədliyyə naziri Rati Breqadzeyə ünvanlanıb.
 

Google+ WhatsApp ok.ru