Avropa İttifaqı Ermənistan hərbi helikopterinin vurulmasından danışdı

Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb.
 
Maide.az apa-ya istinadən xəbər verir ki, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: “Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”. 
 
Aİ ATƏT-in Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edib. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir. 

Google+ WhatsApp ok.ru