Avropa İttifaqı liderlərinin təyyarəsi təcili Türkiyə aeroportuna geri qaytarılıb 17 Noyabr 2015 02:00 Dünya Antalyada keçirilən G-20 sammitindən sonra Brüsselə uçmalı olan Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun göyərtəsində olduğu təyyarə bazar ertəsi axşam Türkiyə hava limanına geri qaytarılıb. Avropa İttifaqı nümayəndəsinin sözlərinə görə, təyyarə təhlükəsizlik səbəbi ilə yubadılıb. Yunker və Tusk Antalyadan Brüsselə Hollandiyanın KLM aviaşirkəti ilə getməli imişlər. Aİ nümayəndələrinin sözlərinə görə, hər iki yüksək çinli məmur çərşənbə axşamı onları Brüsselə aparacaq digər təyyarəni gözləməli olacaqlar. Antalya hava limanından "Reuters"ə verilən məlumata görə, digər reyslər cədvəl üzrə uçub. Təhlükəsizlik tədbirləri noyabrın 13-də Parisdə törədilən silsilə terror aktlarından sonra gücləndirilib. Baş verən terror aktları nəticəsində 130 nəfər həyatını itirib.(report) Teqlər : #Avropa İttifaqı liderlərinin təyyarəsi təcili Türkiyə aeroportuna geri qaytarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Harvard Universitetində bomba həyəcanı - FOTO Fransada müsəlman Quranın yandırılmasına etiraz etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO