Avropa İttifaqı ölkələrində yay-qış saatı ləğv edilir

Avropa İttifaqı ölkələrində yay-qış saatı ləğv edilir

Avropa İttifaqı (Aİ) quruma üzv ölkələrin vətəndaşlarının narazılığı səbəbindən yay və qış saatı rejiminin ləğv ediləcəyini açıqlayıb.
 
Maide.Az “BBC Türkçə”yə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker məsələ ilə bağlı bu gün Komissiyada müzakirə aparılacağaını və yekun qərar veriləcəyini söyləyib.
 
Qərar qbul edilərsə, üzv ölkələrin hökumətlə və Avropa Parlamenti tərəfindən də təsdiqlənməsinə ehtiyac duyulacaq.
 
Xatırladaq ki, iyulda 5 milyon avropalının iştirakı ilə sorğu keçirilmiş və 80 faizi yay-qış saatı rejiminin ləğv edilməsini istəmişdi.
 
Hazırda hər il martın son bazar günü saatları bir saat irəli, oktyabrın son bazar günü isə bir saat geri çəkilir.
 
Qeyd edək ki, Aİ-nin üzvü olan Finlandiya bu rejimin ləğv edilməsi üçün quruma müraciət etmişdi.
 
Azərbaycanda 17 mart 2016-cı ildən etibarən yay vaxtına keçid ləğv olunub.
 

Google+ WhatsApp ok.ru