Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

-- “Skripalın işi” ilə əlaqədar

Avropa İttifaqı “Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb.
 
Maide.Az "APA"-a istinadən verdiyi xəbərə görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.   
 
“Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.
 
Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.
 

Google+ WhatsApp ok.ru