Avropa İttifaqı İsraildən Fələstin ərazilərinin ilhaq edilməsini dayandırmağa çağırıb 20 May 2020 12:46 Fələstin Avropa İttifaqı işğalçı İsrail rejimindən Fələstin ərazilərinin özünə əlavə edilməsi planının dayandırılmasını tələb edib. Maide.az "salamnews"-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə ali rəsmisi Cozef Borrell açıqlama verib. Aİ rəsmisi bldirib ki, Avropa İttifaqına üzv olan 27 dövlətdən 25-i İsrailə çağırış edən bəyanatı imzalayıb. Aİ-nin bu bəyanatında İsraildən tələb edilib ki, beynəlxalq qərarlara əməl etsin və Fələstin ərazilərinin ilhaqı planını dayandırsın. Qeyd edək ki, bundan öncə sionist rejim mətbuatı Aİ tərəfindən xüsusilə də Cozef Borrelin komandası tərəfindən İsrailə sanksiyaların tətbiq edilə biləcəyindən yazıblar. Bildirək ki, sionist rejim l yaxın həftələrdə işğalda olan İordan çayının qərb sahilindəki sonradan salınan 121 yəhudi yaşayış massivi üzərində, eləcə də İordan vadisi üzərində suverenliyini elan edəcəyini bildirib. Sözügedən ərazilər ABŞ prezidenti Donald Trampın “Əsrin sazişi” planında da İsrailin əraziləri kimi göstərilib. ABŞ İsrailin sözügedən addımını rəsmən tanımağa hazır olduğunu bildirib. Əlavə edək ki, cari ramazan ayının son cüməsində (22 may) müsəlman ölkələrində fələstinlilərin hüquqları və işğal altında olan Qüds şəhəri və əl-Əqsa məscidi ilə bağlı Beynəlxalq Qüds günü aksiyaları və tədbirlər keçiriləcək. Teqlər : #Avropa,#İttifaqı,#İsraildən,#Fələstin,#ərazilərinin,#ilhaq,#edilməsini,#dayandırmağa,#çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Onlayn ‘Qüds Günü 1441/2020’ həmrəylik aksiyası Seyid Həsən Nəsrullah: Hizbullah Fələstin xalqını müdafiəyə davam edəcək
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar