Avropol: 10 mindən çox qaçqın uşağın yeri bilinmir

Avropa Birliyinin (Aİ) polis təşkilatı Avropol Avropaya yönəlmiş qaçqın axını çərçivəsində çatdıqları ölkədə qeydləri aparılan 10 mindən çox qaçqın uşağın yerini bilmədiklərini açıqlayıb.  
 
Maide.az-ın məlumatına görə, "Guardian" qəzetinə açıqlama verən Avropolun rəhbəri Brayan Donald itən uşaqların insan tacirlərinin əlinə düşmüş olma ehtimalından narahat olduqlarını deyib.
 
Müşayiətsiz uşaqların Avropa miqyasında cinayətkar dəstələr tərəfindən köləliyə və cinsi istismara çıxarılacağına dair Avropolun xəbərdarlıq etdiyini xatırladan Donald, sözlərini belə davam etdirib:
 
"10 mindən çox uşağı nəzərdən keçirdiyimizi söyləmək səhv olmaz. Bu uşaqların hamısının cinayətkarların əlinə düşdüyünü demək olmaz. Bəziləri Avropadakı qohumlarına çatdırılmış ola bilər. Sadəcə harada, kimlərin yanında olduqlarını, nə etdiklərini bilmirik. Son 18 ayda qaçqın axınınından istifadə edən bir cinayətkar şəbəkə yaranıb".
 
Yalnız İtaliyada 5 min uşağın itdiyini, min uşağın isə İsveçdə yox olduğunu bildirən Donald, 10 min rəqəminin Avropaya çatmasından sonra itən müşayiətsiz uşaqların əsl sayına dair etibarlı rəqəm olduğuna işarə edib.

Google+ WhatsApp ok.ru