Avstraliyada ən böyük məscidin açılışı olub

Avstraliyada ən böyük məscidin açılışı olub

-- Paytaxt Kanberrada

Ötən gün Avstraliyanın paytaxtı Kanberra şəhərinin ən böyük məscidinin açılış mərasimi keçirlib və məsciddə ilk cümə namazı qılınıb. 
 
Maide.Az “canberratimes” saytına istinadən xəbər verir ki,  Kanberra şəhərinin  yeni tikilən məscidi  bu şhərdə yerləşən ən böyük məsciddir.  Ötən gün məsciddə yüzlərlə insanın iştirakı ilə ilk cümə namazı qılınıb. 
 
Məscidin tikintisi uzun illər idi aparılırdı. 2014-cü ildə  bir qrup ifratçı məscidi dağıtmaq məqsədilə tikilməkdə olan məscidin binasına hücum edib. Tikinti işləri bir müddət dayansada  2015-ci ildən  Avstraliya müsəlmanlarının dəstəyi ilə yenidən  bərpa olunub.   
 
Xəbərdə yeni tikilən məscid haqqında ətraflı məlumat verilməyib. 
 
Qeyd edək ki,  Kanberra şəhərində  ilk məscid 1962-ci ildə tikilib. Həmin məsciddə 300 nəfər eyni vaxtda namaz qıla bilirdi. Avstraliyada təqribən 500 min  müsəlman yaşayır. 
 

Google+ WhatsApp ok.ru