Avstraliyada ‘Müsəlman Film Festivalı’ keçiriləcək- ilk dəfə

Avstraliyada ‘Müsəlman Film Festivalı’ keçiriləcək- ilk dəfə

Avstraliyanın Pert şəhərində müsəlman film festivalı keçiriləcək.
 
Maide.Az "İslam.ru" saytına istinadla xəbər verir ki, tədbirdə Avstraliyada və dünyada müsəlman icmalarının həyatından bəhs edən 60 əsər nümayiş olunacaq.
 
Təşkilatçılar festivalın Avstraliyada ilk olduğunu söyləyirlər.
 
Pert və Melburndakı nümayişlərdə təxminən 500 adamın iştirak edəcəyi gözlənilir.
 
Filmləri nümayiş olunacaq konomotoqrafların arasında altısı avstraliyalıdır, həm müsəlman, həm də qeyri-müsəlmanlardır. Filmlərdə mədəniyyət, münasibətlər, islamofobiya və irqçilik kimi müxtəlif mövzular araşdırılmışdır.

Google+ WhatsApp ok.ru