Avstraliyada halal qida satanlara qarşı kampaniya başlayıb

Avstraliyada İslamofobik dairələr yenidən hərəkətə keçib. Müsəlmanlara və məscidlərə qarşı təcavüz edən müsəlman əleyhdarı qruplar indi də Halal Qida Sertifikatı tətbiqinin ləğvi üçün kampaniya başladıb.
 
Maide.az xəbər verir ki, Avstraliyada Halal Qida sertifikatı tətbiqinin qadağan olunmasını istəyən qruplar internetdə imza kampaniyasına başlayıblar. Ölkədə son bir ildə artan İslamofobik hadisələrin sonuncusu olan Halal Qida düşmənçiliyinə bir sıra yüksək dairələrdən də dəstək gəlib. İmza kampaniyasına dəstək verən İslam əleyhdarlarının saylarının on minlərə çatdığı bildirilir.
 
Kampaniya başlayanlardan biri olan Kirralie Smit dərc etdirdiyi yazılarında İslamı və müsəlmanları təhqir edən, İslamı zorakılıqla əlaqələndirən ifadələrdən istifadə edir. 
 
Qeyd edək ki, bir müddət əvvəl də Melbrundakı halal qida supermarketinə basqın təşkil olunmuşdu. Saleh Uğur adlı türkə aid olduğu bildirilən marketin "Avstraliyada halal qida istəmirik" kampaniyasının nəticəsi olaraq şüşələrinin qırıldığı deyilir.
 
İrqçi qrupların sosial media üzərindən başladılan "Boycott Halal In Australia" kampaniyasında halal qida satan dükan və iş yerlərinin ünvanları hədəf kimi göstərilib. 

Google+ WhatsApp ok.ru