Avstraliyada kilsə islamafobiya ilə mübarizəyə başlayıb

Avstraliya cəmiyyətində islamafobiyanın artmasından narahat olan kilsə, yaxın həftələrdə dinlərarası tədbir keçirir. Tədbirin girişində " Müsəlmanlar, xoş gəlmisiz" adlı dəvət yazıları yer alıb.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, sentyabrın 30-u Qordon Kilsəsinin müqəddəsi sayılan Maykl Barns bildirib ki, "bütün dinlər hər zaman nədəsə bir-birindən fərqləniblər, ən doğru yol digər dinlərə qarşı hörmət və səbrlə yanaşmaqdır. Biz bu fikirlərin yayılmasına xidmət etmək istəyirik."
Dini və mədəni fikir ayrılıqlarını aradan qaldırmaq üçün kilsə, hər bazar saat 09:30-da təşkil olunan tədbirə müsəlmanları da dəvət edir.
Dinlərarası görüşlər həmçin dini liderlər arasında da baş tutur.
Tədbirlərdə Kilsə ruhaniləri müxtəlif mövzularda tədbir iştirakçıları üçün çıxışlar edirlər. Məhmət Saral “cihad” edənlərin islamı nə üçün təmsil etmədiklərini izah edəcək, Betsi Fayen butpərəstliklə bağlı suallara cavab verəcək, Denis Foli isə mənəviyyatın əsaslarından danışacaq.
Qeyd edək ki, bir müddət öncə Avstraliyada ekstrimizmdə şübhəli bilinən 18 yaşlı gəncin öldürülməsiylə bağlı insidentdən sonra,  müsəlmanlara qarşı təpkilər artıb. Avstraliyada İslamafob insidentlərini qeydə alan “Islamophobia Register” adlı təşkilatın məlumatına görə, ölkə ərazisində müsəlmanlara qarşı hücumların sayı artıb. //

Google+ WhatsApp ok.ru