Avstraliyada müsəlman qadının hicabını açdılar, körpəsinin beşiyini təpiklədilər

Avstraliyada ekstrimizmdə şübhəli bilinən 18 yaşlı gəncin öldürülməsiylə bağlı insidentdən sonra,  müsəlmanlara qarşı təpkilər artıb.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Avstraliyada İslamafob insidentlərini qeydə alan “Islamophobia Register” adlı təşkilatın məlumatına görə, ölkə ərazisində müsəlmanlara qarşı hücumların sayı artıb. Belə ki, gənc müsəlman ananı küçədə təhqir edib, uşağının beşiyini təpikləyiblər.
Məscidə xaç üzərində donuz kəlləsi atıblar, həmçinin vandallar müsəlmanlara məxsus avtomobillərin və məscid divarlarının   üzərinə islamafob rəsmlər çəkiblər.
"Çox sayda hicablı müsəlman qadın və uşaqlar təhqirlərə və hədələrə məruz qalıblar" - deyə Islamophobia Registe təşkilatının nümayəndəsi Məryam Veiszadə bildirib.
Pert şəhərində hətta müsəlman qadının hicabına əl atıb başından çəkiblər.
Qeyd edək ki, bir müddət öncə Avstraliyada ekstrimizmdə şübhəli bilinən 18 yaşlı Nüman Hayder polis məntəqəsində xüsusi xidmət organlarının açdığı atəş nəticəsində öldürülüb.  O təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşə könüllü olaraq razılıq verib, lakin məntəqəyə gələrkən odlu silahdan atəş açılıb və həlak olub.  Polis əməkdaşlarının dediyinə görə o bıçaqla hüquq mühafizəçilərinin əməkdaşına hücüm edib, nəticədə güllələnib. maide.az /

 

Google+ WhatsApp ok.ru