Avstraliyada müsəlman qadınlar xərçəng xəstəliyi ilə mübarizə yollarını öyrənəcək

Xərçəng xəstəliyi  haqqında və  onun erkən diaqnozunun  əhəmiyyəti barədə  məlumat yaymaq və onunla mübarizə yolları məqsədi ilə Avstraliyada bir qrup müsəlman qadın "çəhrayı hicab günü"    aksiyası keçirəcək.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Avstraliya Müsəlman Qadınlar birliyi (Australian Muslim Women) tərəfindən təşkil olunan tədbir oktaybr ayının 23-nə planlaşdırılıb. Aksiyanın keçirilməsindən məqsəd qadınlar arasında geniş formada yayılan “döş xərçəngi”, “bağırsaq xərçəngi” və “rəhm ağızı xərçəngi” xəstəlikləri  haqqında müsəlman qadınları maarifləndirməkdir.  

Tədbirin mətbuat katibi bildirib ki:  "Qadınlara həkimlərlə birbaşa danışmaq və onları maraqlandıran bütün suallarını vermək imkanı yaradılacaq". //


 

Google+ WhatsApp ok.ru