Avstraliya da Rusiyaya qarşı sanksiyaya qoşulur

Avstraliya hökuməti Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsi çərçivəsində bu ölkəyə uranın satışına qadağa qoya bilər. Bunu Avstraliyanın maliyyə naziri Matias Kormann deyib. O bildirib ki, hökumət hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir və onların arasında uranın satışının qadağan olunması da var.
 
Daha əvvəl Avstraliyanın xarici işlər naziri Culi Bişop da Rusiyaya uranın satışının yasaqlana biləcəyini söyləmişdi.

Google+ WhatsApp ok.ru