Avstraliyada İslamofobiya barədə son hesabat nəşr edilib

Avstraliyada İslamofobiya barədə son hesabat nəşr edilib

Ötən gün Avstraliyada 2019-cu ildə İslamofobiya barədə son hesabat nəşr edilib.
 
Hesabatda cari ildə hicablı müsəlman qadınlara İslamofobiya zəminində edilən hücumların sayının 2016-2017-ci illər ilə müqayisədə 60 faiz çoxladığı qeyd olunur. 
 
Avstraliyanın dövlət rəsmiləri də İslamofobiya barədə bu rəqəmi eşitdikdə heyrətlərini gizlətməyiblər.
 
İslamofobiya ilə mübarizə idaərsinə daxil olan 350 şikayət araşdırılarkən məlum olub ki, 2016 və 2017-ci illərdə hicablı müsəlman qızların 30 faizi təhlükəsizlik qüvvələrinin və polisin gözü önündə hücuma məruz qalıb. Habelə hücuma məruz qalmış müsəlmanların 70 faizini xanımlar təşkil edir. / İQNA

Google+ WhatsApp ok.ru