Avstraliya hicablı polkovnikə ilin qadını mükafatı verildi

 Avstraliyanın Yeni Cənubi Uels ştatı (NSW) qadınlar üzrə məsul naziri Pru Qouard 2015-ci ilin qadını mükafatına bu il Mona Şidi adlı müsəlman və hicablı qadın polkovnikin layiq görüldüyünü bildirib.
Maide.az-ın ABNA-ya istinadən məlumatına görə,  Qadın polkovnik Mona Şidi 2015-ilin qadını olaraq “Xüsusi Mükafat” la təltif olunub. M.Şidi Avstraliyada gəmi kapitanıdır. 
Polkovnik Mona Şidinin müharibə səbəbilə xarabalıqlara çevrilmiş regionlarda və müsəlman cəmiyyəti daxilində gördüyü işlərə görə xüsusi mükafata layiq görüldüyü bildirilib. 
Şidi eyni zamanda Avstraliya Dəniz Qüvvələri komandanının müsəlmanlar və İslami məsələlər üzrə müşaviridir. /
 

Google+ WhatsApp ok.ru