Avstraliya məscidləri bugün qeyri-müsəlmanlara ev sahibliyi edir

Avstraliyada, ölkə üzrə bütün məscidlər insanları müsəlmanların ibadət məkanları ilə tanış etmək məqsədi ilə, bugün 31 oktyabrda öz qapılarını qeyri-müsəlmanların üzünə açıblar.
 
Maide.az xəbər verir ki, Avstraliyada Məscidlərin Milli Açıq Qapı Günü dünyada anti-islam əhval-ruhiyyəsinin artdığı bir vaxtda İslamın həqiqi simasını göstərmək üçün qeyd edilir.
 
Melburn bölgəsində yerləşən "Haprz Crossing" məscidinin ruhanisi Nəvaz Səlim bununla bağlı deyib: Bizim məscidlərdə gördüyümüz işlərə şübhə ilə yanaşan hər kəsi bu tədbirdə salamlayıram.
 
Avstraliyada Məscidlərin Milli Açıq Qapı Günü ölkədəki livanlı müsəlman cəmiyyəti tərəfindən keçirilir.
 
Tədbirdə, maraqlanan insanları məscidlərin fəaliyyəti və buradakı atmosferlə  tanış etməklə yanaşı, İslam və müsəlmanlar haqqında onların suallarına səmimi bir atmosferdə cavab verilir.
 
Avstraliyada aparılan son milli araşdırmalar göstərir ki, bu ölkənin əhalisinin müsəlmanlara qarşı münasibəti mənfidir və bu dini azlığa qarşı irqçi hücumlar artmaqdadır.
 
Araşdırmadan habelə məlum olur ki, 18-44 yaşlı gənclər və ali təhsilli insanlar müsəlmanlara qarşı ən az mənfi düşüncəyə malikdirlər.
 
Həmçinin bu araşdırmanın nəticələri ondan xəbər verir ki, Sidney şəhər sakinləri müsəlmanlara qarşı ən aqressiv insanlar sayılır və Viktoriya əyalətində yerləşən Melburn şəhəri yalnız 16%-lə İslam dininə və müsəlmanlara qarşı ən az mənfi münasibət sərgiləyirlər.
 
“Skenlen” Fondu tərəfindən “İctimai həmrylik” adlı hesabat çərçivəsində aparılan bu araşdırma onu deməyə əsas verir ki, Avstraliyanın Viktoriya əyalətinin 70% sakinləri müsəlmanlara qarşı münasibəti müsbətdir.
 
Müsəlmanlar 200 ildən artıqdır ki 24 milyonluq əhalisi olan Avstraliyada yaşayırlar və digər dini azlıqlara nisbətən daha nəzərəçarpacaq cəmiyyətə malikdirlər. /

Google+ WhatsApp ok.ru