Avstriya əhalisi miqrantların hesabına artır

Avstriya əhalisi miqrantların hesabına artır

Avstriya əhalisi ölkədəki miqrantların hesabına artır.
 
Bu barədə məlumat Avstriya Statistika İdarəsinin yaydığı hesabatda yer alıb. Hesabatda göstərilir ki, ölkə əhalisi 2022-ci ildə 9 milyon nəfərə çatacaq və yalnız 2080-ci ildə 10 milyon nəfər həddini keçəcəkdir. Hazırda ölkə əhalisinin sayı 8,8 milyon nəfərə bərabərdir.
 
Avstriyada yaşlı nəslin ömrünün uzanması və doğum statistikasının aşağı düşməsi əhali artımına mənfi təsir göstərir. Növbəti 20 ildə yaşı 65-dən yuxarı olan insanların sayı hazırkı göstərici ilə müqayisədə iki dəfə artacaqdır.
 
Ölkədə əhalinin artım tempi miqrasiya hesabına baş verir. Avstriyaya köç edən əcnəbilərin böyük əksəriyyəti 20-35 yaş arasındadır və miqrantlar olmasa, 2080-ci ildə əhalinin sayı indikindən də aşağı ola bilər.
 
Yerli əhali arasında doğumun səviyyəsinin aşağı olması da miqrantların və onların övladları hesabına kompensasiya olunur. 2080-ci ilədək Avstriya əhalisinin 26 faizi (hazırda 19 faiz) bu ölkədə doğulmamış insanlardan təşkil olunacaqdır./azərtac /
 

Google+ WhatsApp ok.ru