Avstriyada maqnitlərin “3D” çap texnologiyası hazırlanıb

Avstriyada maqnitlərin “3D” çap texnologiyası hazırlanıb

Hazırda maqnitlərin əksəriyyəti təzyiq altında tökmə metodu ilə hazırlanır. Bu texnologiya, məsələn, elmi-tədqiqat layihələrinin reallaşdırılması üçün müəyyən formalı maqnitlərin hazırlanması ilə əlaqədar bəzi  məhdudiyyətlərə malikdir.
 
“Techcult.ru” saytına istinadən xəbər verilir ki, Vyana Texnologiya Universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış maqnitlərin “3D” çap texnologiyası istənilən forma və ölçüdə maqnitlər yaratmağa imkan verəcək. Bundan ötrü rəqəmli kompüter modelini hazırlayaraq onu lay-lay maqnit "mürəkkəbi" çəkən “3D” printerə yükləmək lazımdır.
 
Polimerin əvəzinə 90% maqnit sapları və 10% əlaqələndirici polimerdən ibarət olan qarışıqdan istifadə etmək təklif edilib. Saplar maqnitləşdirilmədiyindən əldə olunmuş məmulat güclü maqnit sahəsinin təsirinə məruz qalmalıdır.
 
Yeni texnologiya ən müxtəlif formalı maqnitlər hazırlamağa imkan verir. Bundan başqa, indi bir neçə materialdan ibarət maqnit yaradıla bilər. (ictnews) /
 

Google+ WhatsApp ok.ru