Avstriyada müsəlmanlar hicab qadağasına etiraz edir

-- Hökumət hicabı qadağan etməkdə qərarlıdır

Avstriya Baş naziri Sebastyan Kurts hicabı qadağan etməkdə qərarlı olduqlarını bildirib.
 
Maide.Az " Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kurts bu fikirlərini Avstriya İslam Camaatının rəhbəri İbrahim Olqun və Kadın Komitəsinin təmsilçisi Karla Amina Baqhacati ilə görüşdə dilə gətirib.
 
O.Olqun görüşdən sonra deyib ki, bu qərarın həyata keçirilməməsi üçün hüquqi mübarizə aparılacaq:
 
"Hicab siyasi simvol deyil. Hicab geyinməkdə məcburiyyət yoxdur. Bu bir seçimdir. Avtsriyadakı müsəlmanların çoxu da uşaqlarına hicab geyindirmir. Buna baxmayaraq Baş nazirin mövqeyini başa düşə bilmirik. Əgər məsələni dialoqla həll edə bilməsək, hüquqi yolla haqqımızı qoruyacağıq".
 
İ.Olqun gələcəkdə bu qərarın universitet və digər yerlərdə tətbiq oluna biləcəyindən də narahatlığını ifadə edib.

Google+ WhatsApp ok.ru