Avstriyada qazpaylayıcı mərkəzdə partlayış baş verib -VİDEO

Avstriyada qazpaylayıcı mərkəzdə partlayış baş verib -VİDEO

-- 1 nəfər ölüb, 60 nəfər yaralanıb

Bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı stansiyada baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər veri rki,  partlayış nəticəsində  60 nəfər yaralanıb.
 
Hadisə yerinə yanğın-xilasetmə xidməti və təcili yardım maşınları cəlb edilib.
 
Polisdən bildirilib ki, partlayış Avstriyanın OMV neft-qaz şirkətinə məxsus qaz terminalında baş verib.
 
Bütün zərərçəkənlər yanıq xəsarətləri ilə Vyana xəstəxanalarına çatdırılır. Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıb. 
 
 

Google+ WhatsApp ok.ru