Avstriyada müsəlmanlar hicab qadağasına etiraz edir 14 Aprel 2018 01:00 Dünya -- Hökumət hicabı qadağan etməkdə qərarlıdır Avstriya Baş naziri Sebastyan Kurts hicabı qadağan etməkdə qərarlı olduqlarını bildirib. Maide.Az " Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kurts bu fikirlərini Avstriya İslam Camaatının rəhbəri İbrahim Olqun və Kadın Komitəsinin təmsilçisi Karla Amina Baqhacati ilə görüşdə dilə gətirib. O.Olqun görüşdən sonra deyib ki, bu qərarın həyata keçirilməməsi üçün hüquqi mübarizə aparılacaq: "Hicab siyasi simvol deyil. Hicab geyinməkdə məcburiyyət yoxdur. Bu bir seçimdir. Avtsriyadakı müsəlmanların çoxu da uşaqlarına hicab geyindirmir. Buna baxmayaraq Baş nazirin mövqeyini başa düşə bilmirik. Əgər məsələni dialoqla həll edə bilməsək, hüquqi yolla haqqımızı qoruyacağıq". İ.Olqun gələcəkdə bu qərarın universitet və digər yerlərdə tətbiq oluna biləcəyindən də narahatlığını ifadə edib. Teqlər : #Avstriyada müsəlmanlar hicab qadağasına etiraz edir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hücumdan sonra suriyalılar paytaxt küçələrinə çıxdılar - Foto Suriyaya atılan 103 raketdən 71-i köhnə sovet sistemləri tərəfindən dəf edilib!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO