Avstriyadan İsrail rejiminə boykot çağırışı

Avstriyanın paytaxtı Vyanada bir qrup Fələstindəki işğalın sona çatdırılması üçün İsrail rejimini boykot edilməsi çağırışı səsləndirib.
 
Maide.az xəbər verir ki, aksiyanı "Beynəlxalq Boykot, Təcrid və Sanksiyalar Hərəkatı" (BDS-Movement) qrupu keçirib. Aksiya Stefanplatz meydanında baş tutub.
 
İsrail rejiminin Fələstin və Qəzzada həyata keçirdiyi hücumların fotoşəkillərini nümayiş etdirən qrup, Fələstin bayraqları qaldırıb. "İsrailə boykot, Fələstinə azadlıq" şüarları səsləndirən qrup, ABŞ və Avropa Birliyini hərəkətə keçməyə çağırıb.
 
Qrup adından səsləndirilən açıqlamada, İsrail rejiminin 1967-ci ildən qabaqkı sərhədlərə geri çəkilməsi və Fələstinin tanınması tələb olunub. Qlobal güclərin İsrail rəhbərliyini xarab eləyən siyasət yürütdüyü vurğulanan açıqlamada, İsrail rəhbərliyinə qarşı qlobal boykot, təcrid və sanksiya siyasətləri həyata keçirilməsi çağırışı edilib.
 
Tədbirdə qısa çıxış edən İsrailli insan hüquqları aktivisti Ofer Neiman isə ABŞ və Aİ-nin İsrail rejimi rəhbərliyinə cəsarət verən siyasətlər yürütdüyünü bildirərək, "Fələstin torpaqlarındakı işğalına son verməsi və iqtisadi və siyasi təzyiq yaratmaq məqsədilə İsrailə boykot tətbiq edilməlidir", - deyib.

Google+ WhatsApp ok.ru