Avstriyalı həkim islamafobiyaya etiraz olaraq hicab geyindi

Baxmayaraq ki, Avstriyada bir çox müsəlman qadınlar islamofobiya qurbanı olmaqdan qorxaraq hicablarını acmağı düşünürlər, Rokgempton şəhərinin müsəlman həkimi, əksinə olaraq, öz dininə qarşı olunan ədalətsizliklərə etiraz olaraq hicab geyinməyə qərar verib.
Maide.az-ın məlumatına görə,Abdulla Gül adlı müsəlman qadın bildirir, "Mən hər zaman istəmişəm ki, məni müsəlman kimi tanısınlar. Daim hicab geyinmək istəmişəm, lakin iradəm buna yol vermirdi."
Ona bu addımı atmaqda son zamanlar İslama qarşı olunan təcavüzlər güc verib.
Həkim Gül, müsəlmanların mehribanlığını, insansevərliyini ətrafa şəxsi davranışlarında göstərmək istəyir.

Pasiyentlərin ona olan davranışlarının dəyişəcəyindən ehtiyyatlanan hicablı həkim, özünü çox sakit və inamlı aparıb. Beləliklə, o bildirir ki, heç bir mənfi reaksiyanın şahidi olmayıb. O, həmçin bu qənaətə gəlib ki, əksər avstraliyalılar müsəlmanlara çox yaxşı davranırlar, onları sadəcə islam və terrorizmi bərabərləşdirən  KİV-lər qorxudur.

 

Google+ WhatsApp ok.ru