Avstriyalı idmançıların yaralanmasıyla nəticələnən qəzanın videosunu yayan polis işdən çıxarıldı - VİDEO

İyunun 11-də “Atletlər kəndi” yaxınlığında avtobusun avstriyalı idmançıların üzərinə  çıxmasına dair videonu yayan polis işçisi daxili işlər orqanlarından xaric edilib.Maide.az-ın məlumatına görə, bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.
 
Xatırladaq ki, iyunun 11-də “Atletlər kəndi” yaxınlığında xidməti avtobus Avstriyanın sinxron üzgücülük komandasının üç üzvünü vurub. Bu yol qəzasına dair kadrlar iyunun 11-də sosial şəbəkələrdə yayılıb.
 
DİN-in aidiyyəti qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürülməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub.
 
Polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Araşdırmalar davam edir.
 
İyunun 13-də DİN və Baş Prokurorluq avtobus sürücüsünün həbs olunduğunu bildiriblər.

Google+ WhatsApp ok.ru