Avstriya və Almaniyaya yağan güclü qar 9 nəfərin həyatına son qoyub

Avstriya və Almaniyaya yağan güclü qar 9 nəfərin həyatına son qoyub

Avstriya və Almaniyaya yağan güclü qar azı 9 nəfərin ölümünə səbəb olub və qarlı hava şəraitinin həftə ərzində davam edəcəyi gözlənilir.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi axşam "Bild" qəzeti yazıb.
 
Məlumata görə, Avstriyada Hoxkar dağ-xizək kurortu tamamilə təxliyyə edilib. Yerli hakimiyyət orqanları 20 il əvvəl Qaltürdə baş verənlərə bənzəyən güclü qar uçqunu və təbii fəlakətin yenidən təkrarlana biləcəyindən ehtiyatlanır. Həmin zaman - 1999-cu ilin fevralında bütöv bir kommunanın üzərini örtən qar kütlələri 31 nəfərin ölümünə səbəb olmuşdu.
 
"Bildiyim qədər Hoxkara tarixində indiyə qədər belə bir şey olmayıb", - deyə KİV burqomistr Fridrix Farnberqerin sözlərini sitat gətirib.
 
Almaniyanın Bavariya federal torpağının Alp dağları ətəyində də vəziyyət bir bu qədər dramatikdir. Buranın Misbah rayonunda fövqəladə vəziyyət rejimi elan olunub. Ekspertlərin proqnozlarına görə, orada bütün həftə boyu bol qar yağacaq.
 
Yağacaq yeni qarın qalınlığı təqribən 2 metrə çatacaq ki, bu da bir neçə binanı uçulma təhlükəsi qarşısında qoyur.

Google+ WhatsApp ok.ru