Avtobusda biabırçılıq (VİDEO)

Sürücü ilə konduktorun hərəkətləri hər kəsi çaşdırıb

Bu günə kimi telefonla danışan, çay içən və nəqliyyat idarə edə-edə müxtəlif fəaliyyət növlərilə məşğul olan sürücülər görmüşdük. Ancaq bu dəfə sürət qutusunu dəyişmək üçün yanına köməkçi götürən sürücüyə də rast gəldik.
 
ANS TV-nin məlumatına görə, hadisə 10 TG 735 dövlət nömrə nişanlı 18 saylı avtobusda qeydə alınıb. Sürət qutusu digəri tərəfindən dəyişdirildiyi halda sürücü yol boyu telefonla danışır.
 
Bir müddət sonra köməkçi sürət qutusunu dəyişməklə kifayətlənmir. Həm də siqnala basaraq sürücüyə əlavə xidmət göstərir.
 
Qayda pozuntuları bununla da bitmir. Telefonda klipə baxan və oynamaq üçün oyun axtaran sürücü ilə onun pulyığanı arasında anlaşmazlıq yaranır.
 
Nəhayət telefonda maraqlı nə varsa, hər ikisini cəlb edir və birlikdə mobil cihazı araşdırmağa başlayırlar, avtobus isə özü irəliləyir.
 
Hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyindən bildirildi ki, bu kimi hallar yolverilməzdir. Məsələ araşdırılacaq, həmin avtobus xəttinin sahibkarı ilə danışılacaq və tezliklə müvafiq tədbirlər görüləcək.

Google+ WhatsApp ok.ru