Avtobusda sürücü və konduktork zarafatlaşdı və bıçaqlaşdı

Abşeron rayonu ərazisində avtobus sürücüsü bıçaqlanıb.Abşeron rayonu Novxanı qəsəbəsi sakini 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Bu vaxt həmin konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib. Bir məqamı da diqqətə çatdırım ki, Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş. Hazırda faktla bağlı başlanılmış cinayət işinin istintaqı davam edir.

Google+ WhatsApp ok.ru